Müstəqil Azərbaycan

     Müstəqil yaşamaq,taleyinin sahibi olmaq,öz dövlətini qurmaq hər bir xalqın arzusudur.Azərbaycan xalqı da həmişə bu istəklə yaşamışdır.Tarixdə zaman-zaman müxtəlif adlar altında müstəqil Azərbaycan dövlətləri mövcud olmuşdur.Bu gün 28 May-Respublika gününü qeyd edən Azərbaycan xalqı 1918-ci ildə bütün islam dünyasında ilk demokratik Respublikasını yaratmışdır.Sovet hakimiyyəti illərində xalqımız dövlət müstəqilliyindən məhrum qalsa da,respublikanın iqtisadiyyatını,elmini,mədəniyyətini inkişaf etdirmiş və müstəqilliyi üçün lazımi əsaslar yaratmışdır. 

   Bütün bunları şagirdlərimizə incəliklərinə qədər öyrədən,yaddaşlarına həkk etdirən müəllimlərimizdən biri Şəhla Cəfərova “Sağlam Təhsil”layihəli 3 e sinfində müxtəlif video çarxlarla,tarixi şəkillərlə Xətai dövründə yaradılmış səfəvilər dövlətinin əhəmiyyətindən danışır,onları bu günə qədər dövlət müstəqilliyimizin keçdiyi keşməkeşli yollarla tanış edirdi.Müəllim onu da qeyd etdi ki,sevindirici haldır ki,Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi və müstəqilliyimizin 100 illik yubileyi məhz bahar fəslinin bu gözəl may ayına təsadüf etmişdir.Şagirdlərimizin yaddaşına bir daha həkk olundu ki,Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir,onun qədrini bilmək,qorumaq,inkişafına əlimizdən gələn köməyi göstərmək hər birimizin müqəddəs borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi