"Təhsildə keyfiyyət ili"davam edir
"Təhsildə keyfiyyət ili"çərçivəsində peşəkar müəllimlər tərəfindən nümayiş etdirilən nümunəvi dərslərin dinlənilməsi,onların qurduqları rəngarəng motivasiyalara maraq,qarşılıqlı dərsdinləmələr davam edir.İstər xarici dil dərslərində,istərsə də biologiya,coğrafiya,fizika,dərslərində şagirdlər tərəfindən aparılan tədqiqatlar və bu tədqiqatların müzakirəsi xüsusi maraq doğurur.İngilis və rus dillərində şagirdlərin anlaması,fikirlərini sərbəst ifadə etmələri,dinlədikləri fikirə münasibət bildirmələri dərslərin daha maraqlı keçməsinə səbəb olur.Xüsusilə də,ingilis və rus yazıçılarının əsərlərinin Azərbaycanın dahi yazıçı və şairlərinin əsərlər ilə müqaisəli xarakteri,onların oxşar və ya fərqli məqamları geniş müzakirələrə səbəb olur.
Artıq neçə illərdir ki,respublikamızda ətraf mühitin qorunması ümumi bir məsələyə çevirilmişdir və bu istiqamətdə müəyyən addımlar atılmışdır.Şagirdlərimiz biologiya dərslərində orqanizmlərin yaşaması üçün zəruri olan vasitələrin-hava,su,torpağın necə qorunmasını,planetimizdə həyatı qorumaq üçün,gələcək nəslin xoşbəxt və firavan yaşaması üçün təbiəti necə mühafizə etməyi,ekoloji problemlərin həlli yollarını tapmağı öyrənirlər.