Hər kəsin dünyagörüşü oxuduğu kitablar qədərdir!
Kitab-idrak mənbəyi və kamillik vasitəsidir.Məktəbimizdə şagirdlərin mütaliə qabiliyyəti daim izlənilir və onların bu qabiliyyətinin inkişafı üçün həm müəllimlər,həm də rəhbərlik müxtəlif üsullarla onlara stimul verir,qiraətə olan maraqlarını daha da artırır.Bu baxımdan "Oxu günü"nə həsr edilmiş,kitabxanada keçirilən tədbir təqdirəlayiqdir.Bu tədbirdə 4a sinif şagirdi Nərgiz Piriyeva "İlin ən yaxşı oxucusu",9e sinif şagirdi Əzizli Ləman"İlin ən intellektual oxucusu",11d sinif şagirdi Quliyeva Natalya "Kim çox kitab oxuyar"müsabiqəsinin qalibi kimi məktəb rəhbərliyi tərəfindən rəğbətləndirildi və onlara kiçik hədiyyələr təqdim olundu.V sinfin rəhbəri ədəbiyyat müəllimi S. Məmmədova şagirdlərlə açıq havada oxuduqları kitablardan maraqlı məqamları bölüşür,onlara müxtəlif suallar verirdi.Mütaliənin şagirdlərin maraq dairəsinin genişlənməsində,dünyagörüşünün artmasında böyük rolu olduğu danılmazdır.