Dahi şəxsiyyət
Xalqımız zaman-zaman öz müstəqilliyi uğrunda mübarizə aparmış,bəzən öz məqsədinə nail olmuş,bəzən isə müvəqqəti də olsa,uğursuzluğa düçar olmuşdur.XX əsrin sonlarında tale bu xalqı bir daha sınağa çəkdi.Azərbaycan az qala xanlıqlara parçalanırdı.Xalq xaos içərisində idi.Belə bir vaxtda bütün nəzərlər bir insanın üzərində cəmləndi.Azərbaycanı yalnız o xilas edə bilərdi.Bu,anadan olmasının 95 illiyini qeyd etdiyimiz dahi şəxsiyyət Heydər Əliyev idi.
Bu gün Heydər Əliyev cismən aramızda olmasa da,mənən bizimlə yaşayır.Məktəbimizdə dahi rəhbərin anadan olmasının 95 illiyinə həsr olunmuş IV sinif şagirdləri üzrə keçirilən olimpiada,şagirdlərimiz tərəfindən onun zəngin irsinin,uzaqgörən siyasətinin,həyat təcrübəsinin daim öyrənilməsi,bizə miras qoyub getdiyi müstəqilliyin Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə xalqımız tərəfindən qorunub saxlanılması dahi liderin ölümsüzlüyünün bariz nümunəsidir.Nə qədər Azərbaycan xalqı var,demək,Heydər Əliyev var.Bu isə əbədidir.