“Təhsildə keyfiyyət ili“çərçivəsində keçirilən dərslərin keyfiyyəti məktəbimizin qarşıya qoyduğu ən başlıca vəzifədir
“Təhsildə keyfiyyət ili”elan olunması ilə əlaqədar məktəbimizdə qabaqcıl müəllimlərin təcrübələrinin yayılması istiqamətində qarşılıqlı dərsdinləmələr,gənc müəllimlərdə özünə inamın artırılması,yaradıcı işə meyilliliyi gücləndirmək məqsədilə həmkara dəstək işi davam edir.
Bu baxımdan dərslərə marağın artması,şagird potensialının üzə çıxarılması,müəllim-şagird münasibətlərinin formalaşması demək olar ki,keçirilən bütün fənlərdə qabarıq şəkildə təhsilin keyfiyyətinə müsbət təsir göstərir.
Riyaziyyat fənnində hesablama qabiliyyətininin inkişafına,verilən fiqurların sahəsinin,həcminin hesablanmasına dair müxtəlif məsələ və misalların həlli başlıca yer tutur.
Ədəbiyyat və Azərbaycan dili dərslərində şagirdlər müşahidə etdiklərinə,eşitdiklərinə,oxuduqlarına,həyatda,cəmiyyətdə rastlaşdıqları hadisələrə münasibət bildirir,təhlil və müzakirələrdə həvəslə iştirak edir,öz bacarıqlarını verilən tapşırıqılarda tətbiq edirlər.
Tarix dərslərində ermənilərin məkrli siyasətinin bariz nümunəsi olan 1918-ci ildə baş vermiş 31 Mart soyqırımını və yaxud repressiya dövrlərində xalqımızın neçə-neçə ziyalısını qurban verdiyi bu dəhşətli faciələri şagirdlər oxuduqca,izlədikcə keçmişimizi dərindəndən öyrənir,gələcəkdə bu facələrin baş verməməsi üçün nələri yadda saxlamaq lazım olduğunu geniş müzakirə edirlər.