Qövr edən yaram-Xocalı
Başqasının malına,torpağına göz dikməyən xalqımızın tarixinin ən qara səhifəsini təşkil edən Xocalı hadisəsi artıq 26 ildir ki,hüznlə qeyd edilir.Bu il “Qövr edən yaram-Xocalı”adlı tədbirimizdə Nərimanov rayon YAP Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova heyət üzvləri ilə birlikdə iştirak edərək öz çıxışında bu faciəni törədən insanları alman faşistləri ilə müqayisə etdi.
Şagirdlərimizin hazırladıqları kompozisiyaları,şeirləri,mahnıları göz yaşları içərisində izləyən qonaqlarımız arasında Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini İradə Mahmudova,BŞTİ-nin əməkdaşı Xalidə İbrahimova,Xocalı sakinləri M.Əliyeva və M.Əhmədova da bu vəhşiliklərə öz münasibətlərini bildirdilər.İ.Mahmudova indiki gəncləri bu faciənin heç zaman yaddaşlarından silinməsinə imkan verməməyə çağırdı və Ali Baş Komandanımızın Xocalı facəsində həlak olanların qanını yerdə qoymayacağına inandığını söylədi.
Facəni öz gözləri ilə görmüş M.Əliyeva itkin düşmüş,ağır işgəncələrə məruz qalmış əzizlərindən,qohumlarından danışarkən göz yaşlarına boğuldu.O,bu tədbirin təşkilatçılarına-müəllim və şagird heyətinə minnətdarlığını bildirdi.
Tədbirin sonunda məktəbin direktoru S.Hüseynova şagirdlərimizə bu anaların faciəsinə laqeyd qalmayaraq ürək ağrısı ilə dinlədiklərini unutmamalarını və hər yerdə bu faciə haqqında bildiklərini böluşməyi tövsiyə etdi.