Murovda bitən ömür

      Şəhidlər vurulanda ölmürlər,unudulanda ölürlər.Bu sözlər əbəs yerə deyilməmişdir.Həmişə igid oğlanlarını Vətən naminə döyüşə ruhlandıran xalqımız heç zaman öz qəhrəmanlarını unutmayacaqdır.İllər keçsə belə,onilliklər keçsə belə biz hər zaman Vətənin xilası və firavan gələcəyimiz uğrunda öz canlarını fəda etmiş şəhidlərimizin xatirələrini əziz tutacağıq.Hər il olduğu kimi bu il də 15.02.18-ci il tarixdə şəhid Arif Vəliyevin anım gününə həsr olunmuş tədbirimiz buna bariz nümunədir.Arif vuruldu,ancaq unudulmadı.Məktəbimizin rəhbərliyi, şagirdlər,müəllimlər,onun anım gününə toplaşan ziyalı insanlar-Vətənin layiqli övladları onu unudulmağa qoymur.

      Tədbirdə həmişə seçicilərinin yanında olan,ürəyi xalqla döyünən Milli Məclisin deputatı Adil Əliyev,Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavinləri İradə Mahmudova,İlqar Mirzəyev,vətənpərvərlik mövzusunda yazılan mahnıların əvəzsiz ifaçısı Şəmistan Əlizamanlı,Rayon Veteranlar Şurasının nümayəndələri iştirak edirdi.Şəhid anası Sona xanım onları salamladı və bu insanların hər il bugünkü gündə bu ocaqda ona dəstək olduqları üçün minnətdarlığını bildirdi.

      Tədbirin bədii hissəsində Arifin şəninə şeir deyən,rəqs edən,mahnı oxuyan istedadlı şagirdlərimiz qonaqlarımızı bir daha şəhidin keçirdiyi uşaqlıq və gənclik illərinə qaytarır,ömür-gün kitabını səhifələyirdilər.

     Adil Əliyev,İlqar Mirzəyev,Saleh Səmədov çıxış etdilər.Onların hər biri öz çıxışlarında şagirdlərimizi vətənpərvərliyə,canını qurban verən igid oğlanlarımızı həmişə yad etməyə və Arif Vəliyevin adını daşıdığı bu tərbiyə ocağında təhsil aldıqları üçün qürur duymaqları ilə bərabər,onun adına layiq oxumağa,şərəfimiz,namusumuz,doğma yurdumuz Azərbaycanımızı qorumağa çağırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi