“Təhsildə keyfiyyət ili”çərçivəsində peşəkar müəllimlərin nümayiş etdirdiyi silsilə dərslər davam edir

“Təhsildə keyfiyyət ili“ çərçivəsində müəllimlərin peşəkarlıq səviyyəsinə əmin olmaq,şagirdlərdə müstəqil dərketmə qabiliyyətinin,vərdiş və bacarıqlarının,müəllim-şagird münasibətlərinin yoxlanılması məqsədilə dərsdinləmələr davam edir. Bu baxımdan tarix,coğrafiya,fizika,ingilis dili,ədəbiyyat,rus dili fənnlərindən keçirilən dərslər xüsusi diqqət cəlb etdi.

     Dərslərdə şagirdlərin fəal iştirakı,interaktiv metodlardan-“Klaster”,”Venn diaqramı”,BİBÖ”,”Ziqzaq” üsullarından məharətlə istifadə etmələri, verilən tapşırıqları səylə yerinə yetirmələri onların bu dərslərə olan  maraqlarından xəbər verirdi.

        Dərslərin ətraflı müzakirəsi zamanı zəif şagirdlərə fərdi yanaşmaq,onların səviyyəsinə uyğun tapşırıqların tərtib olunması müəllimlərə tapşırılır,istedadlı uşaqların bacarıqlarının üzə çıxarılması və bu bacarıqları nümayiş etdirmək üçün lazımi şəraitin yaradılması tövsiyə olunur. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi