Şəhidlər-ölümü ilə ölümsüzlüyə qovuşan el igidləridir

        20 Yanvar Azərbaycan vətəndaşının yaddaşına müstəqilliyin qazanılması uğrunda mubarizənin zirvəsi kimi əbədi olaraq həkk olunmuş bir tarixdir.Məhz bu tarixdə 1988-ci ildə başlamış xalq hərəkatı özünün kulminasiya nöqtəsinə çatdı və Azərbaycanın yüzlərlə qəhrəman oğulları bu yolda,azadlıq və müstəqillik uğrunda şəhid olaraq gələcək nəsillərə istiqlaliyyət və azadlıq bəxş etdilər.Müdrik dövlət başçısı Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi bu inamı və əqidəni daha da möhkəmləndirmişdir.

      Hər il olduğu kimi bu il də şagirdlərimiz onların unudulmaz xatirəsinə həsr etdikləri rəsm əsərlərini məktəbə təqdim etdilər və şəkillərdən ibarət guşənin önünə qərənfil dəstələri qoyaraq onların əbədi xatirəsini öyrəndikləri şeirlərlə,hazırladıqları kompozisiyalarla onları yad etdilər.

       Bu faciə bizə müqəddəs bir and yeri-Şəhidlər xiyabanı bəxş etdi.Şagirdlərimiz hər il olduğu kimi bu il də azadlığımız,müstəqilliyimiz uğrunda canlarını qurban verənlərin məzarlarını ziyarət etdilər.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi