Riyaziyyat üçun coğrafi sərhəd yoxdur

         Məktəbimizdə riyaziyyat fənnini tədris edən müəllimlərimizin təşəbbüsü ilə 9-cu sinif şagirdlərinin iştirak etdiyi“Riyaziyyat elmlərin şahı,hesab isə onun tacıdır“adlı seminar "Ümumi təhsildə keyfiyyət" ili baxımından təqdirəlayiqdir.             

         Riyaziyyat fənni üzrə metodbirləşmə sədri Zəkifə  Babayevanın rəhbərlik etdiyi seminarda   məqsəd şagirdlərdə yüksək dərəcəli tənlikləri həll etmək,rasional tənliklərin həlli yollarını tapmaq,modullu tənlikləri və tənliklər sisteminin müxtəlif üsullarla qrafik və cəbri üsullarla həll etmək bacarığını formalaşdırmaq idi.            

        Müəllimlərin müxtəlif suallarına cavab verən şagirdlər məsələlərin həlli yollarını axtararaq yoldaşları ilə sağlam rəqabətə girir,daha tez və düzgün cavablar verməyə çalışırdılar.Onlarda bacarıq və vərdişləri formalaşdıran müəllimlər isə onları düzgün istiqamətləndirir,məsələlərin asan və düzgün həlli yollarını tapmaqda onlara köməklik göstərirdilər.Şagirdlərin cavablarını qiymətləndirmək məqsədilə məktəb rəhbərliyinin iştirakı ilə təşkil olunmuş münsiflər heyəti qrupları qiymətləndirərək sonda onlara öz təklif və iradlarını bildirdilər,belə seminarların,dərslərin təşkilini dəstəkləyərək bundan da fəal olmağa çağırdılar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi