Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği

        Sevindirici haldır ki,Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə paytaxtdakı ümumtəhsil məktəblərində “Heydər Əliyev irsinin öyrənilməsi”mövzusunda 2017-2018-ci tədris ilində Nərimanov rayonunda  keçirilən dərslər məhz A.Vəliyev adına 258 nömrəli tam orta məktəbin akt zalında əvvəlcədən müəyyənləşdirilmiş müəllimlər tərəfindən tədris edilir.

        2018-ci il yanvarın 10-nu məktəbimizin tarix müəllimi Səmayə Hüseynova müstəqil Azərbaycan dövlətinin inkişafı yolunda əvəzsiz tarixi xidmətləri olan,milli dövlət ideyasının gerçəkləşməsinə dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində nail olan dahi Heydər Əliyevin fəaliyyəti barədə şagirdlərimizə dolğun məlumat verdi.

         Dərsin sonunda məktəbin direktoru S.Hüseynova çıxış edərək Ulu Öndərin dövlətçilik siyasətinin öyrənilməsi,tədqiqi və təbliği,şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsinə xidmət etdiyini,Ümummilli Liderin dövlət quruculuq prosesində rolunun və xidmətlərinin gənc nəsilə çatdırılmasının və hər tərəfli öyrənilməsinin böyük əhəmiyyətə malik olduğunu vurğuladı.Qeyd etdi ki,bu dərslər şagirdləri milli-mənəvi dəyərlərə malik,sağlam əqidəli,müasir dünyagörüşlü,vətənpərvər bir şəxsiyyət kimi yetişdirir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi