Şagirdlərimizdə milli dəyər vahidi olan pula duzgun munasibəti aşılamaq
3”J”sinif şagirdləri riyaziyyat fənnidən muəllim Mahmudova Münəvvər tərəfindən keçirilən“Pulların dəyəri”adlı mövzunun tədrisində”İnsanlara pul nə üçün lazımdır?”,”Pulu necə xərcləməli?”bu kimi müxtəlif suallara cavab tapdılar. Müəllim onlara bəşər cəmiyyətində puldan təxminən 6-8 min ildir ki, istifadə olunduğunu,pula qədərki dövrdə ayrı-ayrı icmalar,tayfalar arasında məhsulun məhsula dəyişdirilmə,yəni mübadilə edilməsi baş verdiyini izah edərək pulun vasitəsilə insanlar,xalqlar,ölkələr arasında iqtisadi və mədəni münasibətlər həyata keçirildiyini də onların nəzərinə çatdırırdı.Müəllim milli pullarımızla-manatlarla, qəpiklərlə uşaqları tanış edir,pulların ustundə atributlarımızı-himnimizi,gerbimizi, onlara göstərir,pulların üstündəki Azərbaycan xəritəsinin,tar,kamança,qabalın,dəbilqə və qılınc şəkillərinin hansı məna kəsb etdiyini onlara izah edirdi.Şagirdlər pulu əzməyin,kəsməyin,cırmağın Azərbaycanın milli dəyərlərinə hörmətsizlik əlaməti olduğunu dərk edir,maraqlı məsələlərin,krossvordların həllində öz bacarıqlarını nümayiş etdirirdilər.