Mütaliə şagirdlərdə düşünmə tərzini formalaşdırır

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2017-ci il 399 nömrəli əmrə əsasən Bakı Şəhəri üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən “Ədəbiyyat biliciləri” müsabiqəsinə hazırlaşan şagirdlərimizin mütaliə səviyyələrinin yoxlanılması məktəbimizin ədəbiyyat müəllimlərindən ibarət yaradılmış komissiyaya tapşırıldı.Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinin rəhbərlik etdiyi komissiya üzvləri iştirakçılardan oxuduğu əsərlərin müəlliflərinin həyat və yaradıcılığı haqqında nə dərəcədə məlumatlı olduqları ilə maraqlanır,bu əsərlərin onları nə ilə cəlb etdiklərini daha dolğun əsaslandırmağı tövsiyə edirdilər.  İstər xarici ədəbiyyat ,istərsə də öz miılli yazarlarımızın əsərləri haqqında mütaliə həvəskarları Ləmanın,Neginin,Aydanın,Xavərin,Nurayın  rəylərini ,fikirlərini  dinlədikcə bir daha əmin olurduq ki,həqiqətən də,mütaliə şagirdlərdə düşünmə tərzini formalaşdırır,gözəlliyi,sevməyi öyrədir və onlarda haqqın ,ədalətin qələbə çalması uğrunda hər an mübarizəyə hazır olma hissini tərbiyə edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi