Ulu öndərin anım günü
Bu gün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür.Belə bir deyim var:”Adam var ev üçün,adam var el üçün doğulur”.Öz xalqının ,vətəninin xoşbəxtliyi və azadlığı naminə canından belə keçməyə hazır olan belə fədakar insanların parlaq nümunəsi Heydər Əlirza oğlu Əliyevdir.Tarix bu şəxsiyyətin işini,əməllərini,özü-öz səhifəsinə yazaraq yetişən nəsillərə məğrurluqla çatdıracaqdır.
İbtidai sinif şagirdlərimiz bu dahi şəxsiyyəti andıran şeirləri,onun tükənməz,coşub-çağlayan əməllərindən bəhs edən məqalələri söylədikcə azərbaycançılıq hisslərinin onu bir an belə tərk etmədiyinin şahidi olurduq.Bu tarixi gündə 5”A”sinif şagirdləri də Heydər Əliyevin Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər,qüdrətli dövlət başçısı,müasir Azərbaycanın qurucusu,xalqının sevimli övladı kimi həmişə yaddaşlarda qalacağına inandıqlarını və onun yolunu davam etdirəcəklərini dönə-dönə qeyd etdilər.