Tarixi yerlər şagirdlərin gözü ilə
Məktəbimizin 5-ci sinif şagirdləri İçəri şəhərə səyahət zamanı bir daha əmin oldular ki,Azərbaycan qədim tarixi mədəniyyətə malik bir diyardır.Əsrarəngiz Qız qalası,Şirvanşahlar sarayı və çoxsaylı uca məscidlər,qədim mədəni abidələr ölkəmizin qədim tarixindən xəbər verirdi.Buradakı mənzərələr onlarda tariximizə olan marağı daha da artırır,hər daşın,hər abidənin keçmişini bilmək,bu qədimliyin sirrini dərindən öyrənmək hissləri onları bir an belə tərk etmirdi.Şagirdlər burda olan qədim naxışlarla bəzənmiş xalçaları,qabları diqqətlə izləyir,onlardakı zərifliyə,incəliyə heyranlıqla tamaşa edirdilər.