Şagirdlərdə fikirlərini sərbəst ifadə etmək bacarığını formalaşdırmaq

Məktəbin dil-ədəbiyyat müəllimi Tərifə Məmmədovanın 9c sinfində apardıgı“Müvəffəqiyyət” adlı dərsin məqsədi şagirdlərdə dinlədikləri mətnlərdəki fikirləri dəyərləndirmək və bu fikir və mülahizələri həyat hadisələri ilə əlaqələndirmək bacarığını formalaşdırmaq idi.Şagirdlərin “Zəfər mahnısı”ilə motivasiya olunmaları isə onlarda vətənpərvərlik hisslərini möhkəmləndirmək və onları zəfər,qələbə çalmağın insan həyatında nə kimi rol oynadığını mülahizələrə əsaslanaraq  müzakirələrə cəlb edilməsini təmin etmək idi.Mətni oxuduqca şagirdlər muəyyənləşdirdilər ki,mətn dahi insanların zəhmət nəticəsində nailiyyət əldə etməsindən,heç nəyin təsadüflə bağlı olmamasından bəhs edir və bu nəticəyə gəldilər ki ,muvəffəqiyyət heç də asan əldə edilmir,onun qazanılmasında gərgin əmək,zehni və fiziki fəaliyyət vacibdir.Əldə edilən hər bir uğur insan üçün zirvəyə qalxmağın növbəti pilləsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi