Şagirdlərdə metalların quruluşu və onların ətraf mühitə təsiri barədə biliklərin artırılması
Məktəbin kimya müəllimi Həmidova Fəridə Fəxrəddin qızı 9 b sinfində "Metalların ümumi fiziki və kimyəvi xassələri.Elektrokimyəvi gərginlik sırası" mövzusunda verdiyi açıq dərsin məqsədi şagirdləri metalların quruluşu,fiziki xassələri və onların ətraf mühitə təsiri barədə geniş məlumatlandırmaq idi.Müzakirə,viktorina formasında keçirilən dərsdə fərdi,cütlərlə,qruplarla aparılan iş üsulları vasitəsi ilə müxtəlif təcrübələr aparılır,biliklərin möhkəmləndirilməsi,mövzunun dərs prosesində mənimsədilməsi dərsin gedişində özünü qabarıq büruzə verirdi.1.1.1., 2.2.1., standartlarına uyğun olaraq şagirdlər metallar,qeyri-metallar və onların birləşmələrinə,sadə üzvi birləşmələrə aid reaksiya tənliklərini tərtib edirdilər.