Bayraq mənliyimdir,bayraq kimliyim
Ümummilli liderimiz Heydər Əliyev dövlət müstəqilliyimizin atributları, xüsusən də,dövlət rəmzləri ilə bağlı gördüyü sistemli ardıcıl,tarixi əhəmiyyətli işlər bu gün də davam edir.Bu rəmzlərin təbliğ edilməsi hər bir Azərbaycan vətəndaşında-uşaqlarda,yeniyetmələrdə,gənc və yaşlılarda vətənpərvərlik ruhunun,vətənə sevgi və məhəbbət hisslərinin möhkəmləndirilməsinə xidmət edir.Bu baxımdan məktəbimizin şagirdlərinin 9 Noyabr -Dövlət Bayrağı Günü münasibətilə söylədikləri şeir nümunələri,oxuduqları mahnılar müstəqil Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan üçrəngli bayrağımıza dərin hörmət,yüksək vətənpərvərlik duyğuları aşılayır.