Narkomaniya ümumbəşəri bəladır

31.10.2017- ci il tarixdə Nərimanov RPİ-nin əməkdaşları və Polis Veteranlar şurasının üzvləri tərəfindən birgə hazırlanmış "Narkomaniya ümumbəşəri bəladır"xüsusi mövzu əsasında məktəbimizdə maarifləndirmə tədbiri keçirilmişdir.Tədbirdə iştirak edən müəllim və şagirdlərlə yetkinlik yaşına çatmayanların hüquq və vəzifələri aspektində diskusiya xarakterli məqsədyönlü söhbətlər aparılmışdır.Şagirdləri zərərli vərdişlərdən yayındırmaq,qabaqlayıcı profilaktiki tədbirlər,gənc nəsilin təlim tərbiyəsinə müsbət təsir edən bu məzmunda çıxışlar müstəqil dövlətimizin gələcək qurucuları olan övladlarımıza sağlam həyat tərzini təbliğ etməklə yanaşı,onları milli ruhda tərbiyələndirərək vətəndaş mövqeyi formalaşdırır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi