"Ekoloji aylıqlar" layihəsində uğurlu iştirakımız

"Təhsili dəyərə çevirək"devizi altında "Ekologiya və Sağlamlıq" istiqamətində "Ekoloji aylıqlar" layihəsinin "Azərbaycan təbii sərvətlər və Biomüxtəliflik" aylığında görülən işlər üzrə məktəbimiz II yerə layiq görüldü.Şagirdlərimiz meşələrin bioloji müxtəlifliyinin qorunması və meşələrdən səmərəli istifadə haqqında ətraflı məlumatlar vermiş,meşələrin əhəmiyyətini,ölkəmizdə onların sahələrinin genişləndirilməsini faktlar əsasında göstərmişlər.Respublikamızda nadir və məhv olmaq təhlükəsinə məruz qalmış bitki və heyvan növlərinin qorunması sahəsində dövlətin apardığı mühafizə tədbirlərini nümayiş etdirmiş,qoruqlarımızın sahəsinin genişləndirilməsini misallarla göstərmişlər.Şagirdlərin bu aylıqda fəal iştirakı milli fəaliyyət planına uyğun olaraq əhalinin ekoloji maariflənməsinə və təhsilə müsbət təsir göstərmişdir.Məktəb rəhbərliyi bu layihədə fəal iştirak edən sinifləri rəğbətləndirmək məqsədi ilə onlara təşəkkürnamə təqdim etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi