Şagirdlərin İKT bacarıqları
Məktəbin informatika müəllimi Məhluqə Məmmədova 8 "a" sinfində şagirdlərin İKT bacarıqlarını yoxlamaq məqsədilə "Mətn redaktorunun obyektləri"mövzusunda "Açıq dərs" nümayiş etdirdi.Standartlar dərsin mövzusuna uyğun idi,şagirdlər mətn redaktorunda obyektlərlə işlədilər.Onlar düstur redaktoru vasitəsilə işləyir,mətn redaktorunda mətn yığaraq ona şəkil və cədvəl əlavə edirlər.Hər şagird fərdi olaraq öz işlərini təqdim edir,nəticədə şagirdlərin hər biri MS Word proqramında işləmək bacarığını nümayiş etdirdi.