Zooparklar bizə lazımdırmı?

Hər birimiz heç olmasa bir dəfə də olsa zooparkda olmuşuq.Uşaqlıqda bu yer bizə həddindən artıq əyləncəli gəlirdi-vəhşi heyvanlar, dadlı dondurma ,ətrafda hər şey o qədər gözəl və qeyri -adi idi ki ....Bəs hər şey bu qədər sadədirmi?Axı indi bütün dünyada çoxlu sayda insanlar öz düşüncələrini təsdiqləyən müxtəlif fikirlər söyləyərək heyvanların zooparklarda saxlanılmasına qarşı çıxırlar .Məktəbimizin kimya-biologiya müəllimi Fəridə Həmidova və Tünzalə Novruzovanın təşkil etdikləri 7-9 -cu sinif şagirdlərindən ibarət qrup məktəblilər arasında sorğu keçirmiş,heyvanların zooparkda saxlanılmasının mənfi və müsbət cəhətlərini toplayaraq çox maraqlı debat təşkil etmişlər.200 şagird arasında aparılan sorğuda 106 şagird heyvanlarla daha yaxından tanış olmaq üçün zooparkların olmasının tərəfdarıdır.94 şagird isə zooparkların olmasının əlehinədir və hesab edirlər ki,texnika əsrində yaşadıqları üçün heyvanları onlayn izləyə bilərlər,heyvanlar üçün azadlıqda daha yaxşı olardı.Nəticədə belə məlum oldu ki,heyvanların zooparklarda saxlanılmasının müsbət tərəfləri mənfi tərəflərdən daha çoxdur.Şagirdlər diskusiyada zooparkların şəraitininin yaxşılaşdırılması,mütəxəssislərin artırılması şərti ilə yenilənmənin,daha doğrusu,safarilərin yaradılması tərəfdarı olduqlarını söylədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi