"Biomüxtəliflik-dünyanın təbiət rəngləri"

Dünyanın ən böyük möcüzəsi sayılan insana yaşaması üçün Allah tərəfindən bir çox nemətlər verilmişdir.Bu nemətlərin hamısı təbiətdə cəmlənmişdir.Əgər yer üzündə biomüxtəliflik tamamıilə məhv olsaydı,insan birbaşa və ya dolayısı yolla təbiətdən əldə etdiyi ərzaq və təsərrüfat məhsullarını tapmaz,azon qatı yox olar,nəfəs almaq çətinləşər,iqlim həyat üçün dözülməz hala düşərdi.Buna görə də BMT biomüxtəliflik anlayışının daha geniş ictimaiyyətə təqdim edilməsi üçün hər il may ayının 22-ni Beynəlxalq Biomüxtəliflik Günü elan etmişdir.Məktəbimizin biologiya müəllimi Hümbətova Rubabə 5 a sinifi ilə birgə hazırladıqları "Biomüxtəliflik-dünyanın təbiət rəngləri"adlı tədbir də təbiəti qorumağa,onu sevməyə həsr olunmuşdur.Meşədə gəzən Cırtdan rast gəldiyi güllərin, bitkilərin,həşərsatların,heyvanların öz dillərində danışdıraraq onların xüsusiyyərlərini öyrənir. Novruzgülü ,bənövşə,lalə,zanbaq ,zəncirotu və s.bitki və güllərin poetik ifadələrlə verilən tərifləri onların insan sağlamlığına təsirindən xəbər verir və gözəlliyin qorunmasının öz əlimizdə olmasından danışırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi