Quş aləmi təbiətin ən canlı poetik hissəsidir

"Biz quşlara necə kömək edə bilərik?", "Nadir və nəsli kəsilməkdə olan quşlar haqqında məlumatların toplanması", "Quşlar üçün təhlükəli ekoloji şəraiti törədən amillər və onların aradan qaldırılması" ilə bağlı müzakirələrin aparılması məqsədilə məktəbin biologiya müəllimi Hümbətova Rübabə 7 c sinfində "Açıq dərs" verdi. Layihə xarakterli bu dərsdə şagirdlərin təqdimatları,əl işlərinin nümayiş edildi.Dərsdə son illərdə coxlu sayda quş növlərinin Yer üzuündən silinməsi,o cümlədən yurdumuz Azərbaycanda da quşlar üçün bir çox təhlükələrin mövcud olduğu qeyd edildi. Təbii amillərlə bərabər bütün bunların səbəbi insandır. Hal-hazırda qanunsuz ovçular təbiətə böyük ziyan vurur, nəsli kəsilməkdə olan quşların həyatına son qoyur. "Bütün bunları necə aradan qaldırmaq olar?", "Quşları necə qorumaq,onlarla necə dost olmaq olar" bu kimi suallara şagirdlər öz yaradıcı işləri ilə cavab verdilər. İlk növbədə onlar üçün düzəltdikləri yuvaları və onları münasib yerlərdə yerləşdirməyi, quşları yemləməyi onları qorumağın ən yaxşı yolu olduğunu qeyd etdilər. Plastik butulkanın mərkəzi hissəsində böyük deşik açaraq içini yem ilə doldurmuşlar, taxta materiallardan quşlar üçün ev düzəltmişlər.bütün bunlarla yanaşı onlar qeyd etdilər ki, ölkəmizin ərazisində quşlar üçün biomüxtəliflik baxımından mühüm əhəmiyyət kəsb edən çoxsaylı ərazilər vardır. Bu da onların çoxalıb artmasına şərait yaradır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi