"Təbiətin mühafizəsi uşaqların gözü ilə"
"Ekoloji aylıqlar" layihəsinin "Azərbaycanın təbii sərvətləri və biomüxtəliflik"aylığı üzrə məktəbimizdəki tədbirlər davam edir.Məktəbin rus bölməsinin 6d,8e sinif şagirdləri tərəfindən ağacların,meşələrin,nadir və məhv olmaq təhlükəsinə məruz qalmış bitki və heyvan növlərinin qorunması,ekoloji qadağalar haqqında geniş layihələr həyata keçirildi.Məktəbin coğrafiya-biologiya müəlliməsi Elmira Dadaşovanın bələdçiliyi ilə şagirdlər "Qırmızı kitab" niyə yarandı?Heyvanlar aləmi nə üçün məhv olur? suallarına hazırladıqları təqdimatlarla,topladıqları məlumatlarla geniş,dolğun açıqlama verdilər.