"Ana dilini bilməmək,onu qiymətləndirməmək böyük qəbahətdir!"
Ümummilli liderimizin ana dilimiz haqqında söylədiyi "Hər bir xalq öz ana dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq ,inkişaf etdirmək ,dunya mədəniyyəti səviyyəsinə qaldırmaq elm,bilik xadimlərinin fəaliyyəti nəticəsində olur!"və bu kimi digər ölməz kəlamlara istinad edərək Məmmədova Laləzar mart ayının 27-də 3c sinfində "Ana dili "adlı açıq dərs nümayiş etdirdi.Standartlar dərsin mövzusuna uyğun idi.Şagirdlər dinlədikləri fikrə münasibət bildirir,eşitdiklərini və oxuduqlarını müqayisə etməklə nəql edirlər.Müəllim dilimizin mükəmməl,zəngin,şirin dil oldugunu ,arzularımızı,məhəbbətimizi,fikirlərimizi məhz dilimiz vasitəsilə insanlara çatdırdığımızı müxtəlif slaydların,videoçarxların köməyi ilə şagirdlərə çatdırır. Şagirdlər Beynəlxalq Ana Dili Gunu,Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü haqqında əldə etdikləri məlumatları söyləyirlər.