2025-2026-cı tədris ilinin Pedaqoji Şura iclası

12 sentyabr 2025-ci il tarixində saat 11:00-da 258 nömrəli tam orta məktəbdə yeni tədris ilinin ilk Pedaqoji Şura iclası keçirilib. İclasda məktəb rəhbərliyi, müəllim heyəti və pedaqoji kollektivin digər üzvləri iştirak ediblər.

İclası məktəbin direktoru Samirə Mehdiyeva çıxışı ilə açıq elan edib və yeni tədris ilində qarşıda duran hədəflər və vəzifələr barədə geniş məlumat verib.

Pedaqoji Şuranın gündəliyində bir sıra vacib məsələlər yer alıb:

• Şura gündəliyinin təsdiqi və şura katibinin seçilməsi,

• Yay tədris tapşırıqlarının yerinə yetirilmə vəziyyəti,

• 1–10-cu siniflərə şagird qəbulu, siniflərin komplektləşdirilməsi,

• Pedaqoji heyət arasında dərs yükü bölgüsünün təsdiqi,

• Sinif rəhbərlərinin və fənn birləşmə sədrlərinin təyin edilməsi,

• Rəhbər heyət arasında vəzifə bölgüsünün aparılması,

• Məktəbin iş rejiminin tənzimlənməsi (zəng cədvəli, növbətçilik, iş həftəsi),

• Şagirdlərin yeni dərsliklərlə təmin olunması

• Məktəb binasının və həyətinin yeni tədris ilinə hazırlıq vəziyyəti,

• “Bilik Günü” tədbirinin təşkili,

• Yeni təyin olunmuş müəllimlərin kollektivə təqdimatı,

• Tədris ili üçün prioritet hədəflər və gözləntilər,

• Tədris ili üzrə ilk dərs məşğələsinin mövzusu barədə məlumatlandırma,

• Gənclərin Hərbi Hazırlığı (GHH) dərslərinin təşkili.

İclasda qeyd edilən mövzular ətrafında bir sıra məruzələr dinlənilib. Məktəb direktoru Samirə Mehdiyeva qarşıda duran əsas strateji hədəflərdən danışıb, tədris prosesində keyfiyyətin yüksəldilməsi istiqamətində görüləcək işləri diqqətə çatdırıb. Eyni zamanda iclasda təlim-tərbiyə işləri üzrə direktor müavini F.Abışov, təlim-tərbiyə işləri üzrə direktor müavini A.Kazımova və təşkilatçı S.Adıgözəlova iclasda çıxış etmişdir.

Pedaqoji Şura iclasının yekununda yeni tədris ilində məktəbin fəaliyyət istiqamətləri, prioritet hədəflər və qarşıya qoyulan vəzifələr müəyyənləşdirilib. İştirakçılar yeni dərs ilinin daha məhsuldar, səmərəli və uğurlu olacağına əminliklərini bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi