15 sentyabr "Beynəlxalq Ailə günüdür"

Ailə uşağın ilk qayğını, güvəni, qaydanı öyrəndiyi mühitdir. İkinci ailə olan məktəbimizdə "Ailə günü" münasibəti ilə şagirdlərin psixoloji rifahının və ailə dəyərlərinin qorunması məqsədi ilə valideynlərlə görüş təşkil edilib. Görüş, məktəbin təşkilatçısı S.Adıgözəlova və psixoloqu Ş.İbrahimovanın rəhbərliyi ilə təşkil olunub. Tədbirdə S.Adıgözəlova ailə dəyərləri və onun qorunması, Ş.İbrahimova ailədə uşağın psixoloji rifahının qorunması, valideyn-uşaq münasibətində doğru və yalnışlar haqqında çıxış ediblər. Tədbirin sonunda Ş.İbrahimova valideynlərin suallarını cavablayıb, tövsiyələr vermişdir.