İmtahan həyəcanının aradan qaldırılması-Mandala terapiyası

08.04.2025 tarixində məktəbimizin psixoloqu Ş.İbrahimovanın rəhbərliyi ilə IX sinif şagirdlərində imtahan həyəcanını aradan qaldırmaq məqsədi ilə “Mandala” terapiyası həyata keçirilmişdir. Mandala terapiyası – insanın daxili aləmini ifadə etməyə və psixoloji balansı bərpa etməyə kömək edən vizual və yaradıcı terapiya üsuludur. “Mandala” sanskrit dilində “dairə” mənasını verir və qədim zamanlardan bəri müxtəlif mədəniyyətlərdə mənəvi simvol kimi istifadə olunub.
Mandala terapiyasının stress və narahatlığın azalması, özünü ifadə bacarığının güclənməsi, emosiyaların tənzimlənməsi, özünüdərk və introspeksiyanın artması kimi bir çox faydaları mövcuddur.
Həmçinin, mandala terapiyasından sonra şagirdlər, gərginliyi azaltmaq məqsədi ilə diafraqma nəfəs məşqləri ediblər.