Xocalı Soyqırımının 33-cü il dönümü

26 fevral 2025-ci il tarixində 258 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilib. Bu tədbirlər çərçivəsində şagirdlər və müəllimlər Xocalı şəhidlərinin xatirəsini ehtiramla yad edib, soyqırımın tarixi və nəticələri barədə geniş müzakirələr aparıblar.
Tədbirlərin əsas məqsədi gənc nəslə Azərbaycan tarixinin ən faciəvi hadisələrindən biri olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, onların vətənpərvərlik ruhunu yüksəltmək və milli yaddaşı qorumaq olub.