"Alternativ və bərpa olunan enerji" aylığı üzrə məktəbimizin hazırladığı layihələr

Ölkə Prezidenti cənab İlham Əliyevin "Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə müasirlikdir, yenilikdir,ekoloji cəhətdən təmiz texnologiyadır. Bu,bizim gələcəyə baxışımızdır" devizi altında yuxarı sinif şagirdlərinin keçirdiyi diskussiyada "Enerjini nə üçün qorumalı?" mövzusu müzakirə aparılmışdır. "Ağıllı şəhər" müsabiqəsini keçirməkdə məqsəd şagirdlərdə alternativ enerji mənbələrindən istifadəyə üstünlüyün verilməsinə, ekoloji təmiz sayılan külək, günəş, geotermal enerjinin istifadəsinin zamanın tələbi olduğuna maraq yaratmaq idi. Şagirdlər hazırladıqları təqdimatları nümayiş etdirdilər. Rus bölməsinin 8 və 9-cu sinif şagirdləri alternativ enerji mənbələri və onların ekoloji əhəmiyyəti mövzusunda keçirdikləri mətbuat konfransında media iştirakçıları və bu sahədə çalışan mütəxəssislərin suallara verdikləri cavablar bir daha sübut etdi ki, bərpa olunan enerji mənbələri ölkə prezidentinin dediyi kimi yenilikdir, ekoloji cəhətdən təmiz texnologiyadır. Şagirdlərdən Mikayıl, Leyla, Cəlil, Sərdar, Mələk, Kənan və başqaları "Biz enerjiyə qənaət edirikmi?" mövzusu ilə bağlı ev şəraitində enerjinin ölçülməsi tapşırığını yerinə yetirmiş və əldə etdikləri nəticələri video çarxlarla şagirdlərə nümayiş etdirdilər. Kiçik yaşlı uşaqları da alternativ enerji ilə tanış etmək üçün "Cırtdanın səyahəti" adlı stolüstü oyun keçirildi. Şagirdlər bu oyun vasitəsi ilə alternativ enerjinin mənbələri haqqında ətraflı məlumat əldə edərək bu enerji mənbələrinin ekoloji təmiz və bərpa olunan enerji mənbəyi olması nəticəsinə gəldilər. Şagirdlərin bu mövzuda çəkdikləri rəsmlər və hazırladıqları maketlər də diqqəti cəlb etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi