“Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” layihəsi

16.01.2025-21.05.2025 tarixlərində məktəbin təşkilatçısı S.Adıgözəlova və psixoloqu Ş.İbrahimovanın təşkilatçılığı ilə işə yeni qəbul olan müəllimlər və şagirdlərlə profilaktik tədbir təşkil olunub. Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun(UNİCEF) birgə fəaliyyət planı əsasında ARTİ tərəfindən həyata keçirilən “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” layihəsi, layihə daxilində görülən işlər və məktəb daxilində uşaq bullinqi və zorakılığının aradan qaldırılması yolları müzakirə olunub. Həmçinin, şagirdlərə zorakılıq, bullinq hallarında etməli olduqları ilə bağlı məlumatlar verilib