"İbtidai sinif şagirdlərinin idrak sferasının inkişaf etdirilməsi"
07.01.2025 tarixində məktəbin psixoloqu Ş.İbrahimova “İbtidai sinif şagirdlərinin idrak sferasının inkişaf etdirilməsi” mövzusu çərçivəsində 4b sinif şagirdləri ilə görüş həyata keçirib. Şagirdlər, intellektual sferanı (diqqət, hafizə, məntiqi təfəkkür, yaddaş) inkişaf etdirən çalışmalar edib, həmçinin, analiz-sintez bacarıqlarının inkişafına dair sorğuları cavablandırıblar.