"Qədim türk diyarı-Naxçıvan"
25.12.2024 tarixində məktəbin tarix müəllimləri G.Mehdiyeva, T.Namazova, E.Rüstəmova və S.Hüseynovanın təşkilatçılığı ilə "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi"nə aid təqdimat təşkil olunub. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli Sərəncamının icrasından irəli gələrək Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında şagirdlərə məlumat verilib. VIII sinif şagirdləri arasında "Qədim türk diyarı-Naxçıvan" adlı intellektual bilik yarışması keçirilib, siniflərin hər biri aktiv iştiraklarına görə fəxri fərmanla təltif olunub.