Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi layihəsi
20.12.2024 tarixində məktəbin psixoloqu Ş.İbrahimova və təşkilatçı S.Adıgözəlova "Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi" layihəsi çərçivəsində bütün siniflərdə maarifləndirici tədbir təşkil ediblər. Şagirdlərə layihə haqqında məlumat verilib, zorakılıq, bullinq hallarında layihənin nümayəndələri olan direktor, psixoloq, ubtr, təşkilatçı və valideyn komitəsinin sədrinə müraciət etmələri və ya dinləmə qutusuna məktub yazılması təlimatı verilib.