Qədim Naxçıvan
13.12.2024-cü il tarixdə məktəbimizin tarix müəllimi S.Hüseynovanın təşəbbüsü ilə 8a və 6d sinif şagirdləri ilə “Qədim Naxçıvan” adlı tədbir keçirilib. Tədbir Naxçıvanın 100 illik tarixi ilə bağlı şagirdləri məlumatlandırmaq, vətənimizin bu qədim ənənələr və dəyərlər məskəni olan ayrılmaz parçası haqqında onların baxış bucağını genişləndirmək məqsədi daşıyıb. Təşkilatçılar şagirdlərə Naxçıvanın zəngin tarixi, mədəniyyəti və onun Azərbaycan üçün əhəmiyyəti haqqında geniş məlumat veriblər. Tədbir müzakirə formatında təşkil olunub və şagirdlər mövzu ilə bağlı fikirlərini bölüşmək üçün fəal şəkildə debatda iştirak ediblər və tədbirdə Naxçıvan tarixini əks etdirən sənədli film izləyiblər.
Bu cür tədbirlər şagirdlərdə tarixi bilikləri artırmaqla yanaşı, onlarda milli şüurun inkişafına da töhfə verir.