"Cənnət Anaların ayağı altındadır!"
Ana qəlbi möcüzə xəzinəsidir. Bunu dərk edən bizim balacalar da bu gün öz analarını, anaları qədər sevdikləri müəllimlərini 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə oxuduqları mahnılar, söylədikləri şeirlərlə təbrik etdilər. Şagirdlər balaca olsalar da onlar artıq bilirlər ki, anaları üçün ən böyük hədiyyə onların sağlam, vətənpərvər ruhda böyüməsi, dərslərini yaxşı oxuması, müəllimlərin hörmətini qazanmalarıdır.