"Təhlükəsiz informasiya axtarışı"
21.10.2024-cü il tarixində Reproduktiv sağlamlıq istiqamətində IX sinif şagirdləri ilə “Təhlükəsiz informasiya mənbələri” adlı tədbir keçirilib. Tədbir, oğlanlar və qızlar üçün ayrı-ayrı təşkil edilib. Tədbir proqramı şagirdlərin etibarlı informasiya mənbələrini ayırd etməsi, “intim” anlayışının izahı, müxtəlif situasiyalarda əldə ediləcək informasiyanın təhlükəsizlik kriteriyaları və s mövzuları özündə ehtiva edib. Məktəbin psixoloqu Ş.İbrahimova tədbir zamanı yeniyetmə oğlan və qızların onları maraqlandıran sualları çəkinmədən verməsi üçün səmimi və rahat mühit yaradıb.