Muzeylərə, tarixi abidələrə ekskursiya
Madii və mənəvi mədəniyyətimizi, tarixi memarlıq abidələrimizi əyani surətdə tanıtmaq məqsədi ilə V-VII sinif şagirdlərinin muzeylərə və tarixi abidələrə ekskursiyası təşkil edildi. Şirvanşahlar sarayı,Qız qalası abidələri şagirdlərdə bu tikililərin tarixini yaxından öyrənmək marağı yaradır, İçəri Şəhər onları heyran edirdi. Muzeylərdəki qədim əşyaların bu günə qədər qorunub saxlanması mədəniyyət nümunələrimizə, adət-ənənələrimizə verilən dəyərdən xəbər verir. Yeni nəsilə ötürülən bu əmanətlərin qorunub saxlanılmasında onların məsuliyyətini daha da artırırdı.