Həyəcanın idarə olunması

258 saylı tam orta məktəbdə IV və VI sinif şagirdləri ilə mediativ-praktik çalışmaları əhatə edən tədbir təşkil olunmuşdur.
17.05.2024 tarixində məktəbin psixoloqu Ş.İbrahimovanın rəhbərliyi ilə Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin IV və VI siniflərlə təşkil etdiyi monitorinqlə əlaqədar olaraq tədbir təşkil olunmuşdur. Tədbirdə bütün IV və VI sinif şagirdləri iştirak etmiş və şagirdlərə həyəcanlı vəziyyətin idarə olunması yolları və həyəcanı azaltmağa istiqamətlənmiş praktik-mediativ çalışmalar edilmişdir.