"Eşqdir mehrabı uca göylərin!"
Dahi Nizaminin bu aforizmi artıq doqquz əsrdir ki,öz qiymətini itirmir.Eşqsiz dünyanın heç bir dəyəri olmadığını Niizamidən sonra gələn bütün dünya sənətkarları təsdiq etmiş və öz yaratdıqları əsərlərdə əsl məhəbbəti geniş tərənnüm etmişlər.258№li tam orta məktəbin rus dili muəllimi Məmmədova Ülviyyə 22.02.2017-ci il tarixdə 8e sinfində verdiyi açıq dərsdə belə dahilərdən biri olan Vilyam Şeksprin "Romeo və Cülyetta"əsərini müzakirə etdilər.Əsərin ölməz Füzulininin"Leyli və Məcnun"əsəri ilə müqayisəli xarakteri şagirdlərin maraq dairəsinə səbəb oldu.Onlar bu müqayisəni Venn diaqramında apardılar,hər iki məhəbbət mövzusunda yazılan əsərlərdə ifadə və təsvir vasitələrini göstərdilər.Dərsdə Üzeyir Hacıbəyovun "Leyli və Məcnun"operasından,Çaykovskinin "Romeo və Cülyetta"uvertürasından parçalar dinlənildi.Müəllim məqsədinə nail oldu.Bu məhəbbəti İlham və Fərizə məhəbbəti ilə müqayisə edən şagirdlər, hətta ölümün belə onlara qalib gələ bilmədiyini qeyd etdilər.Onların məhəbbəti dillərə dastan oldu,şairlər və yazıçıların əsərlərinin ən gözəl məhəbbət mövzusuna çevrildi.