Reproduktiv sağlamlıq
258 saylı tam orta məktəbdə "Reproduktiv sağlamlıq" istiqamətində növbəti tədbir həyata keçirilib.
25.04.2024 tarixində təşkilatçı S.Adıgözəlova, məktəbin həkimi L.Xanverdiyeva və məktəbin psixoloqu Ş.İbrahimovanın rəhbərliyi ilə 8 və 9-cu sinif şagirdləri ilə "Reproduktiv sağlamlıq" çərçivəsində "Erkən nikahın fəsadları" adlı növbəti tədbir həyata keçirilib. Tədbirdə şagirdlər, erkən nikah, onun yaratdığı psixoloji, sosial və fiziki fəsadlar haqqında məlumatlandırılıblar.