"Göyərçin sulh rəmzi kimi..."
Sülh- əmin-amanlıqdır,asayişdir!Sülh ağ göyərçinlərin mavi səmalarda uçuşu,körpələrin üzünün təbəssümüdür! 258№li tam orta məktəbin ibtidai sinif müəllimi Qasımova Cəmilənin 2b sinfində Azərbaycan dili fənnindən verdiyi açıq dərsdə də göyərçinin sülh rəmzi kimi qəbul edilməsinin heç də təsadüfü olmaması vurğulandı.Xalqımız arasında yayılmış "Göyərçin əfsanəsi"bir daha buna sübutdur.Yeni təlim metodlarına cavab verən bu dərsin motevasiyası standartlara tam uyğun idi.Dərs musiqi,texnologiya,təsviri incəsənət,həyat bilgisi və riyaziyyat fənləri ilə inteqrasiya olunmuşdur.Müəllim dərsin sonunda qeyd etdi ki,hal-hazırda dövlətimiz cəbhədə atəşkəs yaratmaqla daxili sabitlik yaratmağa, iqtisadiyyatı gücləndirməyə, nizami ordu qurmağa imkan vermişdir. Xalqimiz sulh istəyir.Buna görə də səbir nümayiş etdirir və münaqişənin sülh yolu ilə nizamlanması məqsədilə beynəlxalq səviyyədə aparılan danışıqlara dəstək verir.