Telekörpü

    04.04.2024-cü il tarixdə 258 nömrəli tam orta məktəb və Həştərxan vilayətinin Nərimanov şəhərində yerləşən orta ümumitəhsil məktəb arasında telekörpü təşkil edildi.Növbəti  dəfə baş tutan bu görüş günəşli,istinəfəsli bir yaz gününə təsadüf etdiyindən milli bayramımız Novruzun -“Yeni gün “ün təravətindən,torpağın oyanışından ,bu bayramın milli adət-ənənələrindən,çərşənbə axşamlarından ,onların hər birinin daşıdığı adlarının açıqlamasından,həyatın vacib amillərindən sayılan dörd  ünsür-od,su,hava,torpağın insan həyatındakı rolundan  danışıldı. Şagirdlər Həştərxan məktəblilərinə bu bayramın atributlarını əyani şəkildə göstərməklə yanaşı ,tonqalın üstündən tullanır,həvəslə ”Yallı “ gedərək mehribanlığın,birgəliyin xalqımıza xas olan xüsusiyyətlər olduğunu nümayiş etdirirdilər.
Məktəbin direktoru S.Hüseynova Beynəlxalq Novruz Gününün qeyd edilməsindən danışaraq bu bayramın bəşəri əhəmiyyətli olduğunu qeyd etdi.Sonda məktəb rəhbərləri növbəti görüşlərin mövzularının hansı səpkidə olacağı barədə razılaşaraq xoş arzularla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi