Yeniyetməliyin sirləri
05.04.2024-cü il tarixində 258 saylı tam orta məktəbdə "Reproduktiv sağlamlıq" mövzusunda növbəti tədbir həyata keçirilib.
Məktəbin psixoloqu Ş.İbrahimova, təşkilatçı S.Adıgözəlova və məktəbin həkimi L.Xanverdiyevanın rəhbərliyi ilə VIII və IX sinif şagirdləri ilə "Reproduktiv sağlamlıq" üzrə "Yeniyetmələrin sirləri " adlı 4-cü məşğələ həyata keçirilib. Tədbir oğlanlarla və qızlarla ayrı-ayrı təşkil olunub. Məşğələ zamanı həkim, yeniyetmə şagirdlərə yeniyetməlik statusunun özəlliklərindən, orqanizmdə baş verən dəyişiklərdən, hormonal statusun formalaşması (davranışda, bədəndə gedən dəyişikliklər-üz dərisində yaranan səpkilər,gigyenik qaydalara riayət olunma,səs tellərinin formalaşması, reproduktiv statusunun formalaşması, düzgün qidalanma) haqda, məktəbin psixoloqu və təşkilatçı, yeniyetməlik dövründə baş verən aqressiv və stressli vəziyyətin aradan qaldırılması yolları və texnikaları haqda məlumat verdi. Sonda şagirdlərə sağlam orqanizmin sağlam gəncliyin təməli olduğunun vacibliyi vurğulandı və şagirdlərin sualları cavablandırıldı.