"Azərbaycan tarixi və etnoqrafiyası"aylığı məktəbimizdə....

Ümummilli liderimizin həyat fəlsəfəsi olan müstəqil dövlətçilik və bu dövlətin tarixinin,etnoqrafiyasının,mədəniyyətinin dərindən öyrənilməsi,onun təbliğ olunması,inkişaf etdirilməsi məqsədi baxımından məktəblərə təqdim olunmuş tədbirlər planı üzrə 258№li tam orta məktəbdə də məqsədyönlü işlər davam edir."Təhsili Dəyərə Çevirək"defizi altında "Mədəniyyət və İncəsənət" istiqamətində "Azərbaycan tarixi və etnoqrafiyası" aylığı üzrə keciriləcək işlərlə bağlı hazırlanmış tədbirlər planına əsasən məktəbin tarix müəllimi Mehdiyeva Gülzadə 5e sinfində Azərbaycan tarixi fənnindən "Molla Nəsrəddin "adlı acıq dərs nümayiş etdirdi .Şərqin ilk satirik jurnalı olan "Molla Nəsrəddin "jurnalının milli-mənəvi dəyərlərimizin təbliğindəki rolu ,burada qabardılan problemlər dərsdə geniş müzakirə edildi.Dərsin sonunda şagirdlər belə bir nəticəyə gəldilər ki,Şərqin ilk mətbuatını, ilk demokratik respublikasını yaradan Azərbaycan dövləti dünya tarixində və mədəniyyətində önəmli bir dövlətdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi