A.Vəliyevin "Anım günü"

258 saylı tam orta məktəb A.Vəliyevin adını daşıyır. A.Vəliyev, Respublika Prezidentinin çağırışına qoşularaq 1994-cü il fevralın 1-dən Vətən torpaqlarını qorumağa getdi. İlk və son döyüşü Murov dağı yaxınlığında hakim yüksəklik uğrunda gedən döyüşlərdə olub. Dəhşətli, qanlı döyüşlər zamanı o, əvvəl ayağından, sonra qolundan ağır yaralanmasına baxmayaraq, yoldaşının cəsədini döyüş zonasından çıxarmağa çalışarkən düşmən gülləsi bu dəfə onun ürəyini yaraladı və A.Vəliyev qəhrəmancasına şəhid oldu. Hər il olduğu kimi məktəbimizin kollektivi, şagirdlərin iştirakı ilə şəhid A.Vəliyevin "Anım günü" ilə əlaqədar tədbirlər həyata keçirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi