"Bilsin ana torpaq, eşitsin vətən! Müsəlləh əsgərəm məndə bu gündən"

Böyük şairimiz Səməd Vurğunun "Vətən keşiyində"şeirindən götürülmüş yuxarıdakı misralar sanki bu günümüz üçün yazılıb.Şagirdlərimiz Vətənin, xalqın qarşısında özlərini borclu hesab edərək hərbi vətənpərvərlik sahəsi üzrə keçirilən tədbirlərdə fəal iştirak edirlər.10-cu sinif şagirdi Məleykə Bilalova və həmyaşıdları Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 5 illik yubileyi münasibəti ilə vətənpərvərlik tədbirlərində nümunəvi iştirakına görə Azərbaycan Respublikası və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsi tərəfindən fəxri fərmanla təltif olunmuşlar.Onların bu nailiyyətində Gənclərin Çağırışaqədərki Hazırlıq müəllimi hərbi rəhbər Möhtəşəm Məhərrəmovun da əməyi böyükdür.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi