"Ekologiya və İqtisadiyyat"

258 №li tam orta məktəbdə "Ekologiya və İqtisadiyyat"başlığı altında keçirilən aylıqda 5-ci sinif şagirdlərinin hazırladıqları tədbirdə coğrafiya müəllimi Elmira Dadaşova müəllifi olduğu "Ağaclı kəndini sel aparmaz"kitabının müzakirəsində,səhnələşdirilmiş hissələrində bir daha uşaqların verdiyi faktlardan aydın oldu ki,təbii sərvətlərdən qənaətlə istifadə etmək və onların mühafizəsi vacibdir.Şagirdlər biologiya müəlliməsi Rubabə müəllimənin fikirlərinə əsaslanaraq belə nəticəyə gəldilər ki,ağacların insan orqanizminə verdiyi faydalar daha çoxdu və hər kəs kəsdiyi ağacın məsuliyyətini hiss etməlidir.Ağacların sürüşmənin, selin qarşısını aldığını nəzərə alaraq bir kəsilən ağac əvəzinə bir neçə ağac əkilməsinin vacib olduğunu bilməlidir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi