"Dünya xalqlarının mədəniyyətinə təsir edən amillər"
258 №li tam orta məktəbin tarix müəllimi Rüstəmova Elnarənin 9-cu sinifdə ümumi tarix fənnindən "Dünya xalqlarının mədəniyyəti"mövzusunda açıq dərsi keçirildi.Dərs fərdi və kollektiv iş təlim formasında keçirildi.Dərsin təlim üsulları mühazirə,klaster,beyin həmləsi idi.Dərsdə şagirdlər böyük şəxsiyyətlər Papov,Pavlov,Daymler kimi məhşur alimlərin həyatı, kəşfləri ilə,Puşkin,Taqor,Tolstoy,Repin,Qoyya,Şopen,Çaykovski kimi böyük sənətkarların yaradıcılığı ilə tanış oldular.Dərsdə elmin,rəssamlığın,musiqinin dünya mədəniyyətinin inkişafına təsirindən danışıldı və bu mövzu ətrafında şagirdlərin müxtəlif fikirləri müzakirə olundu.Dərsin sonunda müəllim məqsədə nail oldu,dünya mədəniyyətinə təsir edən amilləri mənimsətdi.Şagirdlər bir daha əmin oldular ki,tarix həyat hekayəsindən asılı olmayaraq böyük şəxsiyyətlərini unutmur,onlar ölümlərindən sonra belə anılır və ucalır.